Bulqaristanın paytaxtı Sofiyada türk bayramı coşqu ilə qeyd edildiTürkiyənin Sofiyadakı səfirliyi Cümhuriyyətin yüz üçüncü ildönümü münasibətilə Sofiyada böyük resepsiyon təşkil etdi.
Tədbirə Bulqaristanın xarici naziri Velislava Petrova və daxili naziri İvan Demerciev də qatıldı. Milli Məclisin dəyərli üzvləri, soydaşlarımız, Türkiyə dostları və ictimaiyyət nümayəndələri də hazır bulundu. Proqramda Tekfen Brass Ensemble öz musiqiləri ilə resepsiyonun ab-havasını çox gözəl şəkildə zənginləşdirdi.
Çıxışlarda Türk-Bulqar əlaqələrində dostluq və qardaşlıq bağlarının daha da güclləndiyi bir daha vurğulandı. Proqram boyunca Cümhuriyyətin qurulduğu ilk gündəki həyəcan və coşqu yenidən canlandırıldı, qonaqlar sevindi.
