Almaniyada quruyan çaylar logistika böhranına səbəb olduAvropanın ən böyük iqtisadiyyatı olan Almaniya isti dalğalar və quraqlıq səbəbindən böhranla üzləşir.

Ren, Tuna və Elbe çaylarında su səviyyəsi düşərək çay daşımacılığı demək olar dayanıb. Sənaye üçün həyati əhəmiyyətli logistika zənciri qırıldıqdan sonra hökumət fövqəladə vəziyyət elan etdi. Nəqliyyat naziri Steffen Bilger bazar günləri yük maşınlarına qoyulan qadağanı müvəqqəti ləğv etdi.

İqtisadçılar bu addımı kifayətsiz hesab edir, çünki yük maşınları karbon izini daha artırır. Ekoloqlar və WWF çayların dərinləşdirilməsinə qarşı çıxaraq iqlim böhranı ilə mübarizə tələb edir.