Avropa Birliyi dış sərhədlərini gücləndirmək üçün beş maddəlik plan açıqladıPlan ani və kütləvi nizamsız keçidlərin qarşısını almağa və onlara müdaxilə etməyə yönəlib.

Plan Avropa Birliyinin Miqrasiya və İltica Strategiyası əsasında hazırlanıb və təhlükəsizliyi artırmağı hədəfləyir. Birinci maddə tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirməyi və EUROSUR Koordinasiya Mərkəzlərini genişləndirməyi nəzərdə tutur. İkinci maddə həssas sərhəd hissələrində gözətçilik sistemlərinin gücləndirilməsini və maliyyə dəstəyini nəzərdə tutur.

Üçüncü və dördüncü maddələr qaçaqmalçılıq şəbəkələrinə qarşı mübarizəni və Europol mərkəzinin gücləndirilməsini hədəfləyir. Beşinci maddə geri qaytarma qərarlarının effektiv icrasını və inzibati yükün xeyli azalmasını hədəfləyir.