Fransada meşə yanğını təliminə polis və yanğınsöndürən qüvvələr birgə hərəkət etdiMarselyada yay mövsümü əvvəli artan meşə yanğını riskinə qarşı təlim düzənləndi.

Təlimi Marselya Dəniz Yanğınsöndürmə Batalyonu təşkil etdi, polis qüvvələri dəstək verdi. Uzun müddət hazırlanan təlimlə, yanğınsöndürən və polis koordinasiyasının artırılması hədəflənirdi. Təlimdə yanğın ssenarisi çərçivəsində nəqliyyat, kadr, təhlükəsizlik tədbirləri tətbiq edildi.

Fövqəladə hallara müdaxilə prosesləri, texnika və şəxsi heyətin yerdəyişməsi də öyrənildi. Rəsmilər bu cür təlimlərin hazırlığı artıracağını və əməkdaşlığı gücləndirəcəyini qeyd etdi.