Almaniyada həddindən artıq istilər xəstəxanaları hazırlıqsız yaxaladıÖlkədəki xəstəxanalar yeni yaranan həddindən artıq istilərə qarşı hazırlıqsız vəziyyətdə qaldı.

Havanın otuz dərəcədən otuz səkkiz dərəcəyə qədər yüksəlməsi kondisioner çatışmazlığını ortaya çıxardı. Alman Xəstəxanalar Birliyi otuz bir milyard avro təcili investisiya tələb etdi. Keçən yay mövsümündə istilər səbəbindən üç minə yaxın insan dünyasını dəyişmişdi.

Hökumətlərin laqeydliyi səbəbindən bir çox ictimai binalarda sərinlətmə sistemləri yoxdur. Balaca uşaqlar, yaşlılar və xroniki xəstələrin sağlamlığı ciddi təhlükə altında qalır.