Belçika: Flaman regionunda quraqlıq səbəbindən yanğın riski artırıldıFlaman regionunda yaz bitməsə də, davam edən şiddətli quraqlıq təbiətə təzyiq edir.
Su səviyyələri sürətlə azalarkən, təbiət yanğınlarının riski gözəçarpacaq dərəcədə yüksəlir. Flaman Ətraf Mühit Qurumu və Meşə Agentliyi bölgədə ciddi xəbərdarlıq siqnalını verir. VMM-in məlumatına əsasən, yüzdə altmışdan çox ölçmə məntəqəsində yeraltı suları aşağıdır.
Doğu və Qərb Flaman bölgəsində su götürməyə qadağa qoyuldu, xüsusən əkinçilik üçün. Yetkililər, açıq sahələrdə od qalamamaq və siqaret çəkməmək barədə vətəndaşları xəbərdar etdilər.
