Almaniyada miras vergisi istisnaları yenidən diqqət mərkəzindəFederal Konstitusiya Məhkəməsi miras vergisindəki güzəştli tənzimləmələri yenidən araşdırmağa başlayıb, hüquqi qiymət verəcək.
Ölkədə hər il üç yüz ilə dörd yüz milyard avro servət nəsillərə ötürülür. Bu sərvətin təxminən yarısı ölkənin ən varlı yüzdə on faizlik təbəqəsinin əlinə keçir. Ölkədəki milyarderlərin yalnız dörddə biri servətini əməyi ilə əldə edib, digərləri irsi yolla.
Finanzwende təşkilatına görə almanların yetmiş faizi mirasdan heç nə almır, pay da alamır. Julia Jirmann deyir, demək olar heç bir ölkədə bu qədər miras milyarderi yoxdur.
