BMT Baş katibi Fələstin ərazilərində vəziyyətin nəzarətdən çıxdığını bildirdiQuterreş BMT-nin rəsmi sosial media hesabında bölgədəki humanitar və təhlükəsizlik şəraitinə diqqət çəkdi.

Quterreş Qəzzədə həyati əhəmiyyət kəsb edən yardımların İsrail tərəfindən ciddi məhdudlaşdırıldığını bildirdi. Qərb Sahilində fələstinlilər israilli köçkünlər tərəfindən hər gün hücuma məruz qalmaqda davam edir. Bəyanatda həm jurnalistlərin, həm də diplomatların bu hücumların birbaşa hədəfinə çevrildiyi xüsusilə vurğulanıb.

Quterreş davamlı sülhə aparan inandırıcı siyasi yolun mütləq tapılmalı olduğunu bir daha vurğuladı. Quterreşə görə, yol işğalın bitməsini, iki dövlətin təhlükəsizlik içində yanaşı yaşamasını əhatə etməlidir.