Fransa: heyvanlarda görülən Shamonda virusu ilk dəfə insanda aşkarlandıFransa Səhiyyə Nazirliyi ayın əvvəlində Lyonda xəstəxanada müalicə olunan xəstədə Shamonda virusunu təsdiqlədi.
Nazirlik bu virusun indiyə qədər insanlara keçmədiyini bildirib və Lyon hadisəsini qeyd edib. Rəsmi bəyanatda mövcud məlumatlara əsasən ictimai sağlamlıq üçün heç bir risk olmadığı vurğulanıb. Ölən xəstənin Culicoides cinsli bir milçək tərəfindən dişlənərək yoluxmuş ola biləcəyi ehtimal olunur.
Fransanın şərq bölgəsində bu yay heyvanlarda Shamonda virusunun əlamətləri ilk dəfə müşahidə olunmuşdu. Virus əvvəllər Nigeriyada aşkarlanmış, Avropada isə bu il ilk dəfə heyvanlarda qeydə alınmışdı.
