ABŞ prezidenti Tramp Hörmüz boğazının adını dəyişdirməyi düşünürDonald Tramp ara seçkilər öncəsi Tennessi ştatında Respublikaçı partiyanın tədbirində açıq çıxış etdi.

Tramp Konqresdəki balansı dəyişə biləcək namizədləri dəstəkləyərkən Hörmüz boğazının adını dəyişmək istədiyini bildirdi. Tramp çıxışında İranı çox təhlükəli ölkə adlandıraraq terrorizmin birinci nömrəli dövləti olduğunu vurğuladı. Tramp İranın nüvə silahına sahib olarsa onu çəkinmədən işlədəcəyini iddia edib xəbərdarlıq etdi.

Tramp hücumlarda həlak olan amerikalı əsgərləri anaraq seçkilər öncəsi hücum ehtimalına işarə etdi. Tramp bu dəfə ölkənin şərq və qərbindəki okeanlara yeni ad vermək planından danışdı.