Belçikada kiber zorakılıq qurbanları təqsirkarın şəxsiyyətini tələb edə biləcəkBelçikada kiber zorakılıq qurbanları tezliklə Telekommunikasiya Ombudsmanlığına müraciət edərək təqsirkarın kimliyini öyrənə biləcəklər.
Qanun dəyişikliyi Tükəticini Müdafiə və Rəqəmsallaşma nazirləri tərəfindən rəsmi olaraq elan edildi. Yeni qayda sosial media üzərindən baş verən təhdid, təcavüz və izləməyə şamil olacaq. Ombudsman qurbanın tələbi əsasında təqsirkarın kimliyini və ünvanını açıqlayaraq onlara yardımçı olacaqdır.
Lakin mütəxəssislər yeni tətbiqin effektivliyi barədə ciddi şübhələr ifadə etməkdə davam edirlər. İfadə azadlığı və şirkətlərin məlumat paylaşma istəyi ciddi sual işarələri yaratmaqda davam edir.
