Belçikada genişmiqyaslı ictimai nəqliyyat təhlükəsizlik əməliyyatı keçirildiBelçika Federal Polisi Valon bölgəsində on iki saat ərzində genişmiqyaslı təhlükəsizlik əməliyyatına start verdi.

Federal Polisin müxtəlif bölmələri ilə on yerli polis məntəqəsi də bu tədbirlərə qoşuldu. Yoxlamalar nəticəsində dörd yüz iyirmi səkkiz nəfər, yüz on avtobus yoxlanıldı. Yoxlamalar zamanı on iki şəxsdən narkotik maddə və qadağan olunmuş silah tapıldı.

Bir şəxs cinayət məsuliyyətinə cəlb edildi, başqa bir şəxs inzibati həbs olundu. Securail və TEC əməkdaşlığı ilə iki min yeddi yüz əlavə sərnişin yoxlandı.